Lənkəranda ailə münaqişəsi faciə ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhər ərazisində baş verib.
1984-cü il təvəllüdlü Günel Tahirova bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Döş qəfəsinə çoxsaylı bıçaq zərbələri alan qadın təcili əməliyyat edilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ailədaxili münaqişə zəminində baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Nağıyev, Bizim.Media, Cənub bürosu.