ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO

240010

Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, bayram şənliyində tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub. 

Tədbirdə təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin professor-müəllim heyətini və tələbələri milli bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.

Bu gün bütün suveren Azərbaycan torpaqlarında xalqımızın əsirlərdən süzülüb gələn adət-ənənələrini özündə birləşdirən, birlik və bərəkətin ifadəsi olan Novruz bayramının qeyd olunduğunu deyən dosent Rüfət Əzizov universitetin çoxminli kollektivinə, eləcə də bütün Azərbaycan xalqına əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzulayıb. 
 

Novruz şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir-birindən fərqli rəqs nömrələri, Novruz bayramının məşhur personajları - kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklər, müxtəlif oyunlar və “Dərviş bənd” qrupunun maraqlı musiqi nömrələri ilə davam edib. 


Sonra universitetin həyətində bayram tonqalı qalanıb.




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin