"Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşdü - Maşinist HƏLAK OLDU

Hazırda oxunan: "Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşdü - Maşinist HƏLAK OLDU

240008

"Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyi məlumat yayıb.
 

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.


Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin