Göyçayda YANĞIN: Otlaq sahədə başlayan alov kəndi əhatə edib - FOTO

Hazırda oxunan: Göyçayda YANĞIN: Otlaq sahədə başlayan alov kəndi əhatə edib - FOTO

239993

Göyçay rayonunda yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb. 

Belə ki, otlaq və örüş sahəsi arasında başlayan yanğın daha sonra kəndə doğru irəliləyib. Kəndin ətrafında olan ağaclar və otlaq sahələri yanıb. Yanğın daha sonra kəndin içərisində yerləşən evlərdən birinə keçib. 

Nəticədə vətəndaşa məxsus birmərtəbəli ev bütün əşyaları ilə birlikdə yanaraq kül olub. Evdən heç bir əşya və əmlakı çıxarmaq mümkün olmayıb.
 

Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin əməkdaşları tərəfindən alov söndürülüb və yanğının digər evlərə keçməsinin qarşısı alınıb.


Faktla bağlı araşdırma aparılır. 








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin