Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTO

Hazırda oxunan: Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTO

239991

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı münasibətilə tədbir və konsert proqamı təşkil edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq milli bayramımız Novruzun ilaxır çəşrənbəsini Xankəndi şəhərində qeyd etməyin qürurundan bəhs edib. 
 

Rektor bildirib ki, Xankəndi şəhərində Novruz bayramını qeyd etməyimizin özü də xalqımızın əzmi, Prezident İlham Əliyevin siyasi iradəsi və Ordumuzun rəşadətinin nəticəsidir. Ş.Bayramov Qarabağ Universitetinin professor-müəllim, inzibati və tələbə heyətini əziz bayram münasibətilə təbrik edib və Novruz bayramının hər kəsə birlik və həmrəylik gətirməsini diləyib.


Tədbir rəsmi hissənin ardından bədii proqramla davam edib. Proqramda Qarabağ Universitetinin tələbələri tərəfindən milli rəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirən səhnəciklər təqdim olunub.

Bundan əlavə, tədbirdə müəllim və tələbələrin ifasında milli mahnılar səsləndirilib.

Sonda bayram tonqalının ətrafında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə yallı təşkil edilib.




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin