Ələsgər Məmmədli ilə bağlı qərar verildi

Hazırda oxunan: Ələsgər Məmmədli ilə bağlı qərar verildi

239972

Media eksperti, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə daxil olan vəsatətə baxılıb.

Bizim.Media xəbər verir ki, vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi xəbərə görə, bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Ələsgər Məmmədli “Toplum TV” işi üzrə həbs edilib.

Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin