Şəxsiyyətlər Muzeyinə gedən yol 10 ildən sonra istifadəyə verildi – FOTO

Hazırda oxunan: Şəxsiyyətlər Muzeyinə gedən yol 10 ildən sonra istifadəyə verildi – FOTO

239940

Xaçmaz şəhərindəki Şəxsiyyətlər Muzeyi yenidən qurulduqdan sonra sakinlərin istifadəsinə verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaşmaz şəhərinin Heydər Əliyev prospektində yerləşən Şəxsiyyətlər muzeyinin ortasındakı avtomobil yolunin açılması təmin edilib. Bu, sürücülərin ürəyincə olub. Onlar 10 ildən çox idi ki muzeyin içərisindən keçən yolun açılmasını səbirsizliklə gözləyirdilər. İndi nəqliyyat vasitələri yeni asfalt döşənmiş yolla birbaşa Heydər Əliyev prospektinə çıxa bilirlər.
 

Yolun bərpası Şəxsiyyətlər muzeyinin yenilənməsi çərçivəsində görüllən abadlıq-quruculuq işləri çərçivəsində mümkün olub. Bundan əlavə yenilənən parkda yeni dekorativ ağac və gül kolları əkilib, oturacaqlar qoyulub. Ərazidə velosiped həvəskarları üçün xüsusi zolaqlar ayrılıb, piyada keçidləri salınıb. Eyni zamanda müasir dizaynla istirahət məkanında gecə işıqlandırma sistemi qurulub.


Xatırladaq ki, Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. Bu muzeydə Azərbaycanın tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstləri ucaldılıb.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin