Şənbə günü Mustafa Cecelinin konsertinin təşkil edildiyi və karantin rejiminin kobud şəkildə pozulduğu “İstanbul Meyhane Bilgah” restoranında növbəti Türkiyəli müğənninin çıxışı planlaşdırlır.
Bizim.Media xəbər verir ki, 19 iyunda adıçəkilən itirahət mərkəzində Alişanın konserti təşkil ediləcək. Bu barədə əyləncə mərkəzinin feysbuk səhifəsində məlumat verilib.
Səhifədə Alişandan sonra Türkiyənin bir çox məşhur simalarının Bakıya gələcəyi ilə bağlı məlumat da yer alıb. Belə ki, İrem Derici, Cem Belevi, Alişan, Rafet El Roman, Buray və digərləri iyun-iyul ayları ərzində Bakıda konsert verəcək.
Qeyd edək ki, “İstanbul Meyhane Bilgah” restoranında karantin qaydalarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama yaymışdı.
DİN bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə “İstanbul Meyhane Bilgah” restoranının sahibi 4 min manat cərimə olunub.
Operativ Qərargahın yaydığı məlumatda isə bildirilmişdi ki, bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:23 / 08.06.2021
Mustafa Ceceliyə görə cərimələnən restoran bu məşhurların da konsertini keçirəcək - SİYAHI
Hazırda oxunan: Mustafa Ceceliyə görə cərimələnən restoran bu məşhurların da konsertini keçirəcək - SİYAHI
Hazırda oxunan: Mustafa Ceceliyə görə cərimələnən restoran bu məşhurların da konsertini keçirəcək - SİYAHI
23985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.