Ağdamın işğaldan azad olunan Sarıcalı kəndində baş verən yol qəzası zamanı xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı xəsarət alanlar 1998-ci il təvəllüdlü Soltanov Fərid Əlibala oğlu və 1992-ci il təvəllüdlü Hacıyev Elvin Murad oğludur.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda yol qəzası olub, xəsarət alanlar var - FOTO
Xəsarət alanlar Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Qeyd edək ki, yaralılar Ağdamın işğaldan azad edilmiş ərazilərində tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşlarıdır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.