Son zamanlar uşaqların sevimlisinə çevrilən soyuq yay içkisi olan “Bubble Tea” azyaşlılar üçün gizli sağlamlıq riskləri daşıyır.
Bizim.Media xəbər verir ki, tədqiqatçılar belə qənaətə gəliblər ki, tərkibində qliserin olan bu cür buzlu sərinləşdirici içkilər “qliserin intoksikasiyası” adlı sindroma səbəb ola bilər.
Dublin Universitetinin tədqiqatçıları 2009-2024-cü illər arasında bu soyuq dəmləməni içdikdən sonra xəstələnən 21 uşaq üzərində araşdırma aparıblar. Bu uşaqların hüç birində sözügedən içki qəbulundan əvvəl hər hansı sağlamlıq problemi aşkarlanmayıb, lakin onun qəbulundan sonra azyaşlılar tədricən xəstələniblər.
Tədqiqata cəlb olunan 2 yaşdan 6 yaşa qədər olan bütün xəstələr Böyük Britaniya və İrlandiyada müalicə olunublar.
“Archives of Disease in Childhood” jurnalında dərc edilən araşdırmaya görə, “Bubble Tea” qəbulundan sonra ən çox rast gəlinən simptomlar əsasən, kəskin şüur itkisi, hipoqlikemiya (qan şəkərinin aşağı düşməsi), metabolik asidoz (qanda laktik turşunun yığılması), psevdohipertrigliseridemiya (yanlış yüksəlmiş trigliserid səviyyəsi) və hipokalemiyadır. (aşağı kalium səviyyəsi).
Uşaqların əksəriyyətində (95%) bu şəkərli içkini qəbul etmədikdə tədricən simptomlar aradan qalxıb.
Qeyd edək ki, “Bubble Tea” çaydan (yaşıl və ya qara), süddən və ya meyvə şirəsindən, bəzən qəhvədən, tapioka topların ibarət çay içkisidir. İçkinin vətəni Çindir. Soyuq və ya otaq temperaturunda içilir.
Bizim.Media