Qusarın 2 kəndində elektrik xətləri yenilənib, 3 kəndində işlər gedir - FOTO

Hazırda oxunan: Qusarın 2 kəndində elektrik xətləri yenilənib, 3 kəndində işlər gedir - FOTO

239802

Qusar rayonunda enerji təhlükəsizliyi, əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Qusar Elektrik Şəbəkəsi tərəfindən mütəmadi olaraq qəzalı vəziyyətdə olan dayaqlar dəyişdirilərək yenisi ilə əvəz olunur, yeni standartlara uyğun elektrik naqilləri çəkilir, istismar müddəti bitmiş sayğaclar yenilənir və digər işlər həyata keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər veirr ki, Qusar Elektrik Şəbəkəsi üzrə dairəvi elektrik sxeminin yaradılması, artan güc tələbatının qarşılanması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Qusar 110/35/10 kv-luq yarımstansiya ilə Qusar 35/10 kv-luq yarımstansiya arası iki dövrəli 35 kv-luq Elektrik Verilişi Xəttinin 35 kv-luq kabel hissəsinin çəkilməsi işləri yekunlaşmaqdadır.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və RİH başçısı Aparatının məsul şəxsləri görülən işlərlə yerində tanış olublar. Rayon rəhbərinə məlumat verilib ki, şəhərin əsas hissəsini, Çiləgir və Urva kəndlərinin enerji təchizatını həyata keçirən, 1953-cü ildən istismarda olan Qusar 35/10 kv-luq yarımstansiyanın yenidən qurulması, 35/10 kv-luq transformatorların gücünün artırılması, 35 və 10 kv-luq yeni müasir standartlara cavab verən avadanlığın quraşdırılması işlərinin görülməsi nəzərdə tutulub.

Rayonun 2 kəndində elektrik xətlərinin yenidən qurulması tamamlanmış, 3 kənddə işlər davam etdirilir. Əlavə olaraq 2025-ci ildə 10 kənddə elektrik şəbəkələrinin yenidən qurulması nəzərdə tutulub.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin