Cəlilabadda ağır QƏZA: Maşın körpüdən çaya düşdü, yaralılar var - FOTO

Hazırda oxunan: Cəlilabadda ağır QƏZA: Maşın körpüdən çaya düşdü, yaralılar var - FOTO

239799

Bu gün Cəlilabad rayonunun Uzuntəpə kəndindən Günəşli kəndinə gedən yolda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lerik rayon sakininin idarə etdiyi Mercedes-Benz markalı minik avtomobili idarəetməni itirərək yol üzərindəki körpüdən aşıb və çaya düşüb.
 

Qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ərazidən çıxarılaraq dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.





Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin