İlin ilk ayında Azərbaycanda 8 min 557 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 9,7-dən 9,9-a qədər artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 54,6, qız uşaqlarının xüsusi çəkisi isə 45,4 faiz təşkil edib.
Körpələrin 352-si əkiz, 12-si isə üçəm doğulanlardır.
Yanvar ayında ölkədə 5 min 727 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 6,4-dən 6,6-ya qədər artıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:23 / 17.03.2025
Bir ayda 352 əkiz, 12 üçəm doğulub – STATİSTİKA
Hazırda oxunan: Bir ayda 352 əkiz, 12 üçəm doğulub – STATİSTİKA
Hazırda oxunan: Bir ayda 352 əkiz, 12 üçəm doğulub – STATİSTİKA
239785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.