Millət vəkili: "Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyyəsizlikdir"

Hazırda oxunan: Millət vəkili: "Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyyəsizlikdir"

239773
"Sosial şəbəkələrdə Xəzər TV-nin aparıcılarından olan Tarix Əliyevin (Tolik) Əbulfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm."

Moderator.az xəbər verir ki, bunu millət vəkili, AVP-nin sədri Fəzail Ağamalı deyib:

"Bunu Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Ə.Elçibəyin və onunla bərabər olan, bütün anbisiyalardan uzaq, bütün varlığı ilə bu mübarizədə iştirak edən çoxmilyonlu xalqımıza qarşı təhqir kimi qiymətləndirirəm.

Mən Ə.Elçibəyin hakimiyyət dövrünü kəskin tənqid edənlərdən biriyəm və düşüncələrimdə dəyişməzəm. Lakin Ə.Elçibəyin, hətta adi soydaşımızın belə, şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm.

Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri inkar olunmazdır. Həqiqətən də Ulu Öndərimiz olmasa idi ölkəmiz hələ də fəlakətlər içərisində çırpınmaqda idi. Bu nəhəng tarixi şəxsiyyətin adını önə çəkərək, milli müstəqilliyimizin və məmləkət bütövlüyümüzün səmimi carçılarından biri olan Ə.Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyyəsizlikdir. Belə birisinə ekran müstəvisdində böyük auditoriya vermək qəbuledilməzdir."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin