Abşeronda övladlarının əlini yandıran ana CƏZALANDIRILDI - FOTO

Hazırda oxunan: Abşeronda övladlarının əlini yandıran ana CƏZALANDIRILDI - FOTO

239748

Abşeron rayonunda azyaşlı övladlarının əlini yandıran qadın cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Arzu Yusifovaya (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 133.2.4-cü (Əzab vermə - yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə əsasən hökm oxunub.
 

Araşdırmalarla müəyyən edilib ki, Arzu 2016-cı ildə Ruslan adlı şəxslə ailə həyatı qurub. Onların 2017-ci ildə oğul və 2019-cu ildə isə qız övladları dünyaya gəlib. Lakin cütlük 2021-ci ildə boşanıb.


Bir müddət əvvəl isə Ruslan keçmiş həyat yoldaşının övladlarına xəsarət yetirməsini görərək polisə şikayət edib.

Faktla bağlı cinayət işi açılıb və Arzu Yusifova barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə qadına 2 il sınaq müddəti verilməklə şərti cəza verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin