Bakıda yeni park salınacaq - BU ƏRAZİDƏ

Hazırda oxunan: Bakıda yeni park salınacaq - BU ƏRAZİDƏ

239725

Bakı şəhərində daha bir park salınacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “iqtisadiyyat.az” Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
 

Məlumata görə, yeni park Nərimanov rayonunun Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində salınacaq.


Artıq BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.

Yeni parkın salınmasına nə qədər vəsaitin sərf olunacağı hələlik açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin