Xızı rayon prokuroru Xəyalə Aslanova qəzaya düşdü

Hazırda oxunan: Xızı rayon prokuroru Xəyalə Aslanova qəzaya düşdü

239724

Bu gün saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb. 
 

Mənbə qeyd edir ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.


Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir. 

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin