Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin son vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə DƏHŞƏT: Bir ailənin 3 uşağı dəm qazından zəhərləndi
Mənbə qeyd edir ki, zəhərlənən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
"Martın 17-də, saat 02:10-da üç nəfər (iki qadın, bir kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
2012, 2015, 2017-ci il təvəllüdlü pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir. (Oxu.az)
Bizim.Media