İflic olan aktyorun SON DURUMU

Hazırda oxunan: İflic olan aktyorun SON DURUMU

239697

"Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev reanimasiya şöbəsində koma vəziyyətindədir". 

Bizim.Media xəbər verir ki, bu məlumatı Oxu.az-a açıqlamasında "Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. 
 

"Vəziyyəti kritikdir. Hazırda süni tənəffüs dəstəyi alır. Böyrəkləri ciddi zərər görüb. Xoş xəbər odur ki, gecədən bu yana onun huşu özünə gəlməyə başlayıb. Yəni komadan ayılmağın ilkin əlamətləri var, amma bu, onun ayılacağı anlamına gəlmir. Hər şeyin yaxşı olacağına ümid edirik", - deyə N.Allahyarova bildirib. 


Qeyd edək ki, aktyor Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.

Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin