Kişi “Wi-Fi”yi söndürmək üstündə keçmiş arvadını döydü – HÖKM

Hazırda oxunan: Kişi “Wi-Fi”yi söndürmək üstündə keçmiş arvadını döydü – HÖKM

239673

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Malik Qasımovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, hadisə 22 yanvar 2025-ci il saat 23 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Malik Qasımov onunla eyni həyətdə qonşu fərdi yaşayış evində yaşayan keçmiş həyat yoldaşı, zərərçəkmiş Zərifə Səfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının “Wi-Fi” internet şəbəkəsini söndürməsi olub. Bu zaman o, Zərifənin üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun sifət, baş, təpik və ayaq zərbələri ilə isə ayaq və bədəninin müxtəlif nahiyələrinə vuraraq, yüngül zərər yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin