Azərbaycanın xizək alpinistləri Türkiyə çempionatında iştirak edib

Hazırda oxunan: Azərbaycanın xizək alpinistləri Türkiyə çempionatında iştirak edib

239642

Azərbaycanın xizək alpinistləri Nəbiyulla Qələbəqiyev, Ramin Beybutov, Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov Türkiyənin İsparta şəhərinin Davraz xizək mərkəzində keçirilən ölkə çempionatında iştirak ediblər.

Bizim.Media Qış İdmanı Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın sprint növü üzrə U-18 kateqoriyasında Nəbiyulla Qələbəqiyev 3 ölkənin 11 idmançısı arasında birinci yeri tutub.

Eyni kateqoriyada mübarizə aparan Ramin Beybutov dördüncü olub.

Abel İsmixanov U-16 kateqoriyasında 13 idmançı arasında birinci, Nurid Şəkərəliyev isə ikinci yeri tutub.

U-14 kateqoriyasında isə Elməddin Həsənov 5 idmançı arasında ikinci yerə sahib olub.

Yarışın "mixed relay" növünün böyüklər kateqoriyasında Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov 9 komanda arasında 1-ci yeri tutublar. U-14 kateqoriyasında mübarizə aparan Elməddin Həsənov isə 2-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Xizək Alpinizmi üzrə Türkiyə Çempionatı 14-16 mart tarixlərində keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin