Zaqatala qəzasında ölən şəxsin adı AÇIQLANDI

Hazırda oxunan: Zaqatala qəzasında ölən şəxsin adı AÇIQLANDI

239633

Zaqatalada baş verən qəzada ölən şəxsin adı bəlli olub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilir ki, bu gün saat 17 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində Elçin Məmmədovun idarə etdiyi “QAZ-24” markalı avtomobil və 1961-ci il təvəllüdlü İsmayıl Əminovun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü, 64 yaşlı İsmayılov Əminov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin