İnək südü koronavirusu öldürür – AMMA HANSI İNƏYİN SÜDÜ?

Hazırda oxunan: İnək südü koronavirusu öldürür – AMMA HANSI İNƏYİN SÜDÜ?

23962

İnək südü COVID-19-a qarşı təsirlidir. Bu nəticəyə İspaniyada aparılan yeni bir araşdırmanın nəticəsində gəlinib. 

Araşdırmalara görə, inək südü infeksiyalara qarşı qoruyucu olan bioloji komponent tərkiblidir. İnəklərdə yaranan antitellər yoluxmuş insanlarda koronavirusu təsirsiz hala salır. Vaksinasiya olmuş və ya olmamış insanlarda koronavirusun qarşısını alır. 

Qeyd edək ki, araşdırma 300-dən çox insan üzərində aparılıb. Nəticələrə görə, həmin insanların heç birində koronavirusa rastlanılmayıb.

Mütəxəssislər immun sistemini gücləndirəcək, infeksiyanın qarşısını alacaq yüksək antitel tərkibli süd məhsulu istehsal etməyi hədəflədiklərini bildiriblər. 

Hələ ki, südün koronavirusun qarşısını alması fakt olaraq təsdiqini tapmasa da, bu məhsulun faydaları haqqında araşdırmalar ispaniyalı mütəxəssislərin dediklərini qismən təsdiq edir.  Belə ki, araşdırmalara görə, minerallarla zəngin, bolvitaminli və kalsium mənbəyi olan süddən istifadə edənlər bir çox xəstəliklərə tutulmurlar. Südün tərkibində zərərli bakteriyaların miqdarı son dərəcə azdır. Təzə süd bir neçə saat ərzində insanın immun sistemınə təsir göstərən zərərli mikrobları məhv edir.

Həmçinin süd bədəndə olan yaraların tez sağalmasına da kömək edir, mədə-bağırsaq xəstəliklərinin qarşısını alır. Həkimlər siqaret çəkən şəxslərin də süddən daha çox istifadə etmələrini məsləhət görür. Süd siqaretdə olan ziyanlı maddələrə əks-təsir göstərir və orqanizmi zəhərli maddələrdən qoruyur.
 

MÖVZU İLƏ BAĞLI:

"Fast-food" insanları necə zəhərləyir? – Ömrümüzü qısaldan ləzzət...


Südün immun sistemini qoruması ilə bağlı deyilənlər onun COVID-19 virusuna qarşı təsirli ola biləcəyini düşünməyə əsas verir.

Milli Kulnariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Bizim.Media-ya açıqlamasında südün çox faydalı məhsul olduğunu deyib:

“Peyğəmbərimiz buyurub ki, Allah-tala sizə bir ruzi yetiribsə, onu yeyin, şükr edin və deyin ki, çox şükürlər bu yetirdiyinə görə və bundan yaxşısını yetir. Amma süd yetiribsə, Alaha şükr edin, çünki süd həm içkilərin, həm də yeməklərin ən yaxşısıdır. Peyğmbər deyir ki, südü için, o xeyirlidir, amma süd verən inəyin əti zərərlidir”.

Tahir Əmiraslanov deyir ki, əslində süd qaynadılmadıqda onun içində bakteriyaların yaşaması üçün çox gözəl şərait yaranır: 

“Hər bir bakteriya südün içində daha da yaxşı inkişaf edə bilər. Heyvan sağlamdırsa və yoxlanılıbsa, onun südünü isti-isti bişirmədən içmək olar. Yoxlanmadan keçməyibsə, südü qaynadıb içmək lazımdır. Bu zaman süd sterilizə olunur”.

Kulnariya mərkəzinin rəhbəri bildirib ki, ekoloji təmiz məhsullarla, təbii şəraitdə qidalanan heyvanın südü xüsusilə faydalıdır: 

“İndi heyvanı otuzdururlar bir yerdə, yerindən tərpənmir, qabağına nə tökürlər onu yeyir, onun südünün dadı da dəyişir. Ona görə də çalışmaq lazımdır ki, tam orqanik südlə qidalanasan”.

Onu da xatırladaq ki, sovet dövründə bütün zərərli iş sahələrində fəhlələrə süd verirdilər. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin