Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Nazirlikdən Bizim.Media-ya bildiriblər ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 80 hektar sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.
Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:39 / 16.03.2025
Ağdərədə dağlıq ərazidə yanğın: 40 ədəd qurumuş ağac...
Hazırda oxunan: Ağdərədə dağlıq ərazidə yanğın: 40 ədəd qurumuş ağac...
Hazırda oxunan: Ağdərədə dağlıq ərazidə yanğın: 40 ədəd qurumuş ağac...
239575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.