Nişanlanan 14 yaşlı qız nəzarətə götürüldü – 38 yaşlı adaxlı KİMDİR? - FOTO

Hazırda oxunan: Nişanlanan 14 yaşlı qız nəzarətə götürüldü – 38 yaşlı adaxlı KİMDİR? - FOTO

23957

“Belə bir hadisə barədə bizə məlumat çatan kimi təcili olaraq məsələni aktlaşdırıb, polisə və rayon icra nümayəndəliyinə məlumat verdik. Daha sonra Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü, Masallı RİHB-nın müavini və polislə o azyaşlının evinə yollanıb onlara qanunvericiliyi izah etdik. Nişanlanan qız və oğlan öz səhvlərini başa düşdülər”

Bu sözləri Bizim.Media-ya açıqlamasında Masallı RİHB-nın inzibati ərazi dairəsinin Bədəlan kənd nümayəndəsi Hacırza Nağıyev dünən sosial şəbəkələrdə yayılan azyaşlı qızın özündən 34 yaş böyük oğlanla nişan mərasimin keçirilməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib.

“Bildirim ki, mərasim bizim rayon ərazisində baş tutmayıb. Başqa bir yerdə qeyd ediblər. Biz sözsüz ki, məlumatsız ora gedə bilməzdik. Axı, bizdə onların orada hansı məclisə yığılmalarıı barədə dəqiq məlumat yox idi. Ancaq məlumat daxil olan kimi, təcili məsələyə reaskiya verdik. Onlarla bütün rəsmi orqanlarla bərabər profilaktik söhbətlər apardıq, hətta uşaq psixoloqu da bu işdə bizə yardım etdi. Bütün görülən işlər dərhal aktlaşdırıldı”.

Kənd nümayəndəsi həmçinin qeyd edib ki, əgər görülən tədbirlərdən sonra onlar gizlincə bu işi davam edib, qanunu yenidən pozmaq istəsələr bu səfər onlara qarşı sərt tədbirlər görüləcək. 

“Biz də qabaqlayacı tədbirlər görəcəyik. Anası da öz səhvini başa düşdü və bildirdi ki, qızını oxutduracaq. Maraqlısı odur ki, bu qız hər gün məktəbə gəlib gedirmiş. Anası bildirdi ki, biz sadəcə ad eləmişik ki, gələcəyində 18 yaşı tamam olandan sonra bu oğlanla ailə quracaq. Lakin biz ona bunun yanlış olduğunu başa saldıq. Çünki bu qız sabah məktəbə gedəndə sinif yoldaşı dərsdən danışanda bu nədən danışacaq? Ona görə bunun yolverilməz olduğunu onun anasına da izah etdik. Həm də onların arasında böyük yaş fərqi amili də var. Onu da qeyd edim ki, oğlan Rusiyada yaşayan iş adamıdır”.

Sonda Hacırza Nağıyev bildirib ki, məktəb direktoru və kəndin bütün rəsmi qurumları bu məsələni daima nəzarətdə saxlayacaq.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Zeynəb İsmayılovanın (ad, soyad şərtidir) özündən 24 yaş böyük olan Seymur adlı kişi ilə nişanlanması barədə xəbərlər yayılıb.  

Vüsalə Balayeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin