Şəkidə şəhidin xatirə lövhəsi açıldı - FOTO

Hazırda oxunan: Şəkidə şəhidin xatirə lövhəsi açıldı - FOTO

239567

Baş çavuş Elçin Nadirov Vətən Müharibəsinə Daxili Qoşunların N saylı hərbi hissəsindən qatılıb və mübariz döyüşçü kimi xatirələrdə yaşayır.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki şəhər 17 nömrəli tam orta məktəbdə Daxili Qoşunların şəhidi, baş çavuş Elçin Nadirovun adını daşıdığı 2b sinfində şəhidin xatirə lövhəsinin açılışı olub.

Əvvəlcə məktəbin kollektivi şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əklil qoyublar. 
 

Ardınca məktəbdə davam edən tədbirdə müəllimlər, şagirdlər və şəhidin anası iştirak edib. Xatirə lövhəsinin açılışı olub. Şəhid anası məktəblilərin yaxasına şəhidin xatirə nişanını taxıb. 


Sonra tədbir məktəblilərin vətənpərvər ruhda kompozisiyaları ilə davam edib. Sonda şəhidin həyatından bəhs edən videoçarx nümayiş etdirilib və şəhid anasına hədiyyə təqdim olunub.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin