DYP-dən səhhətində ciddi problem olan sürücülərə MÜRACİƏT

Hazırda oxunan: DYP-dən səhhətində ciddi problem olan sürücülərə MÜRACİƏT

239563

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
 

Bildirilib ki, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi "Toyota Prius" markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb.


Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən, qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.

BDYPİ son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin