“İki azərbaycanlı jurnalist avtomobillərinin minaya düşməsi nəticəsində burada həlak olublar. Hansıkı bu Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirdikləri milyon minadan biridir”.
Bizim.Media xəbər verir ki, bu barədə məhşur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fotoqraf Reza Deqati instagram səhifəsində yazıb.
Fotoqraf Ermənistan rəhbərliyinin mina xəritələrini təhvil verməkdən imtina etdiklərini deyərək, bununla da mülki əhalini təhlükə altında qoymasını vurğulayıb.
“Ermənilər hərbi məğlubiyyətlərindən sonra əvvəl minlərlə mina və bomba tələləri qurublar. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına qarşı olmaqla erməni rəhbərliyi minalar xəritələrini verməkdən imtina edir, xüsusi olaraq mülki əhali arasında yüzlərlə yeni ölümə və şikəstliyə səbəb olur”. - deyə Reza Deqati qeyd edib.
Bizim.Media