Lənkəranda elektrik cərəyanı vuran uşaq Bakıya TƏXLİYƏ EDİLDİ - TƏBİB

Hazırda oxunan: Lənkəranda elektrik cərəyanı vuran uşaq Bakıya TƏXLİYƏ EDİLDİ - TƏBİB

239512

“15 mart 2025-ci il tarixində Lənkəranda azyaşlı uşağı elektrik cərəyanı vurub. Hadisə saat 15:55 radələrində baş verib. 2023-cü il təvəllüdlü azyaşlı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb”.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, uşaq xəstəxanaya daxil olarkən həyat əlamətləri olmayıb. Həkimlərin təcili müdaxiləsi nəticəsində uşağa ürək-ağciyər reanimasiyası tətbiq edilib və onun ürək fəaliyyəti bərpa olunub.

Qeyd edilib ki, vəziyyəti stabilləşən azyaşlı daha sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Daha yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün uşaq Bakı şəhərində yerləşən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilib.

Həkimlər uşağın səhhətini nəzarətdə saxlayır. Hadisənin səbəbləri araşdırılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin