Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə bu gün rayonun Tahirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin meyiti evdə aşkarlanıb.
Daha sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olması aşkar edilib. O dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır. (report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:55 / 15.03.2025
Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişi “DİRİLDİ”
Hazırda oxunan: Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişi “DİRİLDİ”
Hazırda oxunan: Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişi “DİRİLDİ”
239507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.