Bəşəriyyətin əzəli “PROBLEMİ”: Qayınana-gəlin dostluğunun gətirdiyi fəsadlar

Hazırda oxunan: Bəşəriyyətin əzəli “PROBLEMİ”: Qayınana-gəlin dostluğunun gətirdiyi fəsadlar

239476

Qayınana və gəlin arasındakı münasibətdə şəxsi sərhədlərə hörmət etmək və məsafəni qorumaq lazımdır, bu, onlar arasında xoş ünsiyyət saxlamağa imkan verəcəkdir.

Bizim.Media xəbər verir ki, bu barədə kliniki tibbi psixoloq Tatyana Marempolskaya məlumat verib.

“Qayınana ilə gəlinin münasibəti nə qədər yaxın olsa, bu məsələdə sərhədlərə bir o qədər məhəl qoyulmur. Lakin onlar nə qədər məsafəli olarsa, ünsiyyət də bir o qədər düzgün olar. Qaynana, ilk növbədə, ərin anasıdır, bu o deməkdir ki, o, gəlin üçün tamamilə yaddır.

Ona görə də əlaqənin hər biri üçün rahat və əlverişli olması üçün məsafə saxlamaq lazımdır", deyə mütəxəssis "Veçernaya Moskva"ya müsahibəsində deyib.
 

Buna baxmayaraq, psixoloq nikahda qadının ərinin ailəsi ilə əlaqə qurmalı olduğunu zəruri hesab edib. O qeyd edir ki, münasibətlərdə sərhədləri aşmaq və həddindən artıq səmimiyyətə yol vermək münaqişələrə səbəb ola bilər, odur ki, hər iki tərəf bir-birinə çox səmimi yanaşmamalıdır. Unutmayın ki, məsafə saxlayaraq ünsiyyət yaratmaq harmoniyanın açarı ola bilər.


Ekspert əlavə edib ki, ərin anasının gənc ailənin həyatına mütəmadi müdaxiləsi hər zaman müsbət məna daşımır. Onun fikrincə, bəzən yetkin qadınlar, sadəcə olaraq, yeni ailədə “oğullarına” göz dikmək istəyirlər və övladlarını gəlinlə bölüşməkdə çətinlik çəkirlər.

Odur ki, əzəldən bəri bitmək bilməyən qayınana-gəlin problərindən qaçmaq və daimi xoş ünsiyyəti qoruyub saxlaya bilmək üçün hər iki tərəf öz sərhədlərini bilməli və onu aşmamaq üçün xüsusilə diqqətli olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin