Ənənəvi olaraq Novruz Bayramı ərəfəsində Bakı bulvarı şəhər sakinlərinin və turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilir.
Bu səbəbdən Bakı Bulvarı Novruz bayramına xüsusi hazırlaşıb.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.Media-ya açıqlamasında qurumun bu il də bayrama özəl hazırlıqlar görərək ərazini Novruzun ruhuna uyğun şəkildə hazırladığını bildirib:
"Bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil, fərqli istiqamətdə, lalələrin xüsusi kompazisiya ilə əkildiyi yerə yaxın, gəzinti zolağında qurulub. Azneft dairəsindən Qız qalasına qədər olan hissə Novruz atributları ilə zənginləşdirilib. Burada bayramın rəmzi olan səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər, milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarəng güllər, işıq instalasiyaları, şirniyyat elementləri və digər Novruz simvolları quraşdırılıb",- o deyib.
Bakı Bulvarında təşkil olunan bayram yarmarkası da ziyarətçilərə xüsusi atmosfer bəxş edir. Burada Novruza məxsus ləziz təamlarla yanaşı, tətbiqi sənət nümunələri, milli suvenirlər və əl işləri də təqdim olunur.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:16 / 15.03.2025
Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO
Hazırda oxunan: Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO
Hazırda oxunan: Bakı bulvarı Novruz bayramına belə hazırlaşır - VİDEO
239460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.