2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.6% artım deməkdir. Bugünə olan məlumatlara görə, aylar üzrə ən çox sərnişin yanvarın 10-da (710 min 773), fevralın 17-də (766 min391) və martın 7-də (854 min 427) daşınıb. Bu statistika da artım dinamikasını sübut edir.
Bakı metropolitenində isə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə əlavə tədbirlər və mütəmadi monitorinqlər həyata keçirilir.
Bəs metroya artan tələbat və iş yükünün çoxalması gediş qiymətlərinə təsir edə bilərmi?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən “sfera.az”a bildirilib ki, hal-hazırda Bakı metropolitenində gediş haqqının artırılması gündəmdə deyil.
Qeyd edək ki, sonuncu dəfə 1 iyul 2024-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə ictimai nəqliyyatda sərnişin daşımalarının qiyməti artırılaraq 50 qəpik müəyyən edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:14 / 15.03.2025
Metroda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Metroda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Metroda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMA
239445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.