Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Mülki müdafiə qərargahının rəisi Anar Kərimzadə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə xəstəxananın sosial şəbəkə hesabında məlumat verilib.
“Dərin hüzn və böyük kədər hissi ilə bildiririk ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Mülki müdafiənin qərargah rəisi Anar Kərimzadə 15.03.2025-ci il tarixində vəfat edib.
Anar Kərimzadənin vaxtsız vəfatından kədərlənir, xəstəxana rəhbərliyi və kollektivi adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik!
Allah rəhmət eləsin, məkanı cənnət olsun!” – paylaşımda qeyd olunub.
Bizim.Media