Bakının abad məhəllələrindəki Novruz şənlikləri – FOTO

Hazırda oxunan: Bakının abad məhəllələrindəki Novruz şənlikləri – FOTO

239418

Sevimli Novruz Bayramı ənənəvi olaraq ölkəmizin bütün güşələrində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş qeyd edilir.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib.

Ənənvi bayram tədbirləri Bakı şəhərinin Xətai və Yasamal rayonlarında Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.
 

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər.


Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, kəndirbazlar və pəhləvanlar öz məharətini göstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Qeyd edilməlidir ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait vardır. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin