Bu həşəratın südü inık südündən 3 dəfə daha XEYİRLİDİR

Hazırda oxunan: Bu həşəratın südü inık südündən 3 dəfə daha XEYİRLİDİR

239404

Tədqiqatçılar bildirib ki, tarakan südü inək südünün yaxşı əvəzləyicilərindən ola bilər.

Bizim.Media xəbər verir ki, tədqiqat Beynəlxalq Kristalloqrafiya İttifaqı tərəfindən aparılıb.

Məlumata görə, tarakan südünün tərkibində 3 dəfə çox faydalı qida maddəsi var, həmçinin sağlamlıq üçün vacib olan bütün amin turşuları, yağlar və şəkər. Nəticədə, bu orqanizmin tam qidalanmasını təmin edir.

Alimlərin sözlərinə görə, tarakanların yetişdirilməsi iri buynuzlu mal-qara saxlamaqdan iqtisadi və ekoloji cəhətdən daha daha əlverişlidir. Böcəklər daha az resurs tələb edir, ətraf mühitə ciddi ziyan vurmur və eyni zamanda yüksək qida dəyəri olan məhsul istehsal edir.

Mütəxəssislər əminliklə deyir ki, tarakan südü tezliklə supermarket rəflərində görünə və pəhrizin adi hissəsinə çevrilə bilər. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin