Bakıda avtobus zolağı parklanma yerinə çevrildi - VİDEO

Hazırda oxunan: Bakıda avtobus zolağı parklanma yerinə çevrildi - VİDEO

239403

“Gənclik” metrosu yaxınlığında, Fətəlixan Xoyski küçəsi ilə Atatürk prospektinin kəsişməsində qanuni parklanma yeri mövcud olsa da, bəzi sürücülər dayanma-durma qaydasını pozaraq avtobuslara təhlükəli vəziyyət yaradır. Nəticədə avtobuslar dayanacağa daxil olmaq üçün qayda pozuntusu etmək məcburiyyətində qalırlar.

Bizim.Media xəbər verir ki, mövcud vəziyyət avtobus sürücülərini bezdirib.

Çəkiliş apardığımızı görən bəzi sürücülər öz avtomobilini ərazidən uzaqlaşdırdı. Bəzi sürücülər isə parklanma yeri tapmadıqlarından şikayətləndi.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, ərazi nəzarət altındadır.

Qeyd edək ki, ərazidə qanunsuz parklanmanın ödənişli olduğu iddia edilsə də, bu faktı mikrafonumuza təsdiqləyən olmadı.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin