Magistraturaya qəbul imtahanında ən yüksək balı Fidan TOPLADI

Hazırda oxunan: Magistraturaya qəbul imtahanında ən yüksək balı Fidan TOPLADI

239344

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələri açıqlanıb. İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Bizim.Media xəbər verir ki, imtahanda ən yüksək balı Fidan Babayeva toplayıb.

O, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə 5-cü kurs tələbəsidir.

Fidan Babayeva saytımıza açıqlamasında bildirib ki. imtahana çox yaxşı hazırlaşıb:
 

"Yüksək nəticə əldə edəcəyimi gözləyirdim.Zəhmətimin qarşılığını aldığımı düşünürəm”.


O, hələlik hansı universitetdə oxumağa qərar vermədiyini, lakin magistratura pilləsini kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istədiyini bildirib. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin