Universitetlərdə yeni ixtisasların yaradılması ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Universitetlərdə yeni ixtisasların yaradılması ilə bağlı MÜHÜM AÇIQLAMA

239339

“Ötən il bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də islahatlar davam etdi. Ötən il təhsilə ayrılan vəsait daha da artırıldı. Ali təhsil müəssisələrinin maddi-texniki bazası daha da gücləndirildi. Ötən ilin təhsillə bağlı ən əlamətdar və mühüm hadisələrindən biri də Qarabağ və Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasıdır”. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Ceyhun Məmmədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bu gün 1000-dən artıq tələbinin təhsil aldığı bu ali təhsil müəssisəsi Azərbaycan təhsilində özünə yer etməyi artıq bacarıb:

“Bütün bunlarla yanaşı təhsil sahəsində aşağıda qeyd olunan istiqamətlərdə tədbirlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
 

Birinci, peşə bölgə təhsilinə marağın artırılması istiqamətində səylərin daha da gücləndirilməsi. Bu gün təxminən 200 minə yaxın şəxs ölkəmizdə ali, 30 minə yaxın şəxs isə peşə təhsili alır.


İkinci, iri şəhərlərdə yaranan sıxlığı nisbətən azaltmaq məqsədilə bölgə universitetlərinə tələbə qəbulu planını artırmaq. Üçüncü, bazarın tələblərini nəzərə alaraq yeni ixtisasların yaradılması istiqamətində səylərin daha da gücləndirilməsi”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin