Kəramət Böyükçöl: “Kitabsevərlər arzuolunan səviyyədə deyil”

Hazırda oxunan: Kəramət Böyükçöl: “Kitabsevərlər arzuolunan səviyyədə deyil”

239329

Azərbaycan MDB-nin ən çox mütaliə edən ölkələrinin siyahısında ilk üçlükdə qərarlaşıb.

Bu barədə TASS-ın baş direktoru Andrey Kondraşov XXXII Beynəlxalq kitab sərgi-yarmarkasında bildirib.

"Mədəniyyət sivilizasiyanın özəyidir. Son sorğuların nəticələrinə görə, Belarus MDB-də ən çox kitab oxunulan ölkədir. Hər min nəfərdən 369-u kitabxanalara gedir və il ərzində 69 milyon kitab götürürlər. İkinci yerdə Rusiya yerləşir", - o bildirib.

A.Kondraşovun sözlərinə görə, üçüncü yerdə Azərbaycan, dördüncü yerdə isə Qazaxıstan qərarlaşıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan yazıçı Kəramət Böyükçöl deyir ki, Azərbaycanda kitaba münasibəti nə qədər tənqid etsək də, vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşıdır:

“Bu danılmazdır. Amma kitab oxuyanların sayına görə MDB ölkələri arasında üçüncü yerdə olmağımız xeyli maraqlıdır. Əslində məlumata inanmaq da olar. Sadəcə, kitabsevərlər arzuolunan səviyyədə deyil.  Mənə və kitablarıma münasibətdə görürəm ki, zaman dəyişib, kitabsevənlər artıb”.

Müsahibimiz onu da qeyd edib ki, onun gündəlik dolanışığı kitablarına görədir:
 

“Bundan sonra necə deyim ki, kitab almırlar, kitab oxumurlar?! Bunu demək olmaz. Mən kitablarımın hesabına gündəlik xərclərimi çıxarıram. Kitablarım pis satılmır. Daha durub deyə bilmərəm ki, kitab oxuyanların sayına görə Azərbaycanın MDB ölkələri sırasında üçüncü sırada olmasında mənim kitablarımın da rolu var (gülür).


Amma mən kitab satışınadan razıyam. Gündəlik gəlirlər, parklarda, çayxanalarda  məndən kitab alırlar. Günə 3-5 kitab satanda da mənim gündəlik tələbatım ödənilir. Kiməsə bu xoş gəlməyə bilər. Amma mən beləyəm, yazıram, sonra da yazdıqlarımı küçələrdə satıram”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin