Oruc tutanlara VACİB MƏSLƏHƏT - Bunları mütləq edin

Hazırda oxunan: Oruc tutanlara VACİB MƏSLƏHƏT - Bunları mütləq edin

239303

Mütəxəssislər bildirirlər ki, Ramazan ayında düzgün qidalanaraq sağlam şəkildə çəki atmaq mümkündür. Uzun saatlar aclıqdan sonra balanslı və sağlam qidalar qəbul etmək bədənin enerjisini qorumağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir.

Bizim.Media xəbər verir ki, türkiyəli dietoloq Kübra Dağ iftar və sahurda balanslı qidalanma ilə bağlı xəbərdarlıq edib.

Həddindən artıq qida qəbulunun kökəlməyə səbəb olduğunu deyən K. Dağ Ramazanın düzgün qidalanma zamanı arıqlamaq üçün bir fürsət olduğunu vurğulayıb.

Dietoloqun tövsiyələrini təqdim edirik:

Sahur yeməyinə diqqət edilməlidir – Zülal və lif baxımından zəngin qidalar daha uzun müddət toxluq hissi yaradır.

Şəkərli və yağlı qidalardan uzaq durmaq lazımdır – Bu cür qidalar qan şəkərinin sürətlə yüksəlməsinə və acma hissinin tez yaranmasına səbəb olur.

İftarda porsiyalar nəzarət altında saxlanmalıdır – Həddindən artıq yemək maddələr mübadiləsini yavaşladır və çəki artımına səbəb ola bilər.
 

Kifayət qədər su içmək vacibdir – Orqanizmin su balansını qorumaq üçün iftar və sahur arasında yetərli miqdarda su qəbul edilməlidir.


Yüngül fiziki fəaliyyətlərə üstünlük verilməlidir – Aclıq zamanı ağır idmandan qaçınılmalı, lakin yüngül gəzinti kimi hərəkətlər gündəlik rejimə daxil edilməlidir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin