Azərbaycana ən çox bu ölkələrdən GƏLİBLƏR

Hazırda oxunan: Azərbaycana ən çox bu ölkələrdən GƏLİBLƏR

239294

2024-cü ildə ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki illə müqayisədə 26% artaraq 2 milyon 626 min 700 nəfər gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə bu gün daxil edilən hesabatında bildirilib.  
 

Məlumata görə, 2024-cü ildə ölkəmizə gələnlərin 27,8%-i Rusiya, 16,2%-i Türkiyə, 9,3%-i Hindistan, 8%-i İran, 4,2%-i Gürcüstan, 3,7%-i Səudiyyə Ərəbistanı, 3,3%-i Qazaxıstan, 3,1%-i Pakistan, 1,8%-i BƏƏ, 1,8%-i Özbəkistan, 1,7%-i Çin, 1,4%-i Ukrayna, 1,3%-i Türkmənistan və 16,4%-i digər ölkələrin vətəndaşları olub.


Hesabat dövründə 2023-cü illə müqayisədə Rusiyadan gələnlərin sayı 17%, müvafiq olaraq Türkiyədən 13%, İrandan 27%, Səudiyyə Ərəbistanından 22%, Pakistandan 47%, Qazaxıstandan 49% və Türkmənistandan 27% artmışdır.

Eyni zamanda, bəzi ölkələrdən gələn əcnəbilərin sayında 2023-cü illə müqayisədə daha çox (Hindistandan 2,1 dəfə, Koreya Respublikası və İspaniyadan 2 dəfə, Çindən 1,9 dəfə) artım müşahidə edilmişdir.

Pandemiyadan sonra 2024-cü ildə Belarus (+77%), Hindistan (+274%), Özbəkistan (+98%), Çin (+76%), Pakistan (74%), Qazaxıstan (+82%), Türkiyə (+35%), Koreya Respublikası (+59%) və Omandan (+33%) ölkəyə gələnlərin sayı tam, Səudiyyə Ərəbistanından, İrandan və Rusiyadan gələn səyahətçilərin sayı isə müvafiq olaraq 92%, 82% və 78% bərpa olunub. 

2024-cü ildə ölkəyə gələnlərin 14%-i 1 gün, 20%-i 1-3 gün, 28%-i 4-7 gün, 9%-i 8-14 gün, 2%-i 15-21 gün, 27%-i isə 21 gündən çox qalmışdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin