Ağstafada 10 nəfər bu restoranda dönərdən ZƏHƏRLƏNİB – TƏFƏRRÜAT

Hazırda oxunan: Ağstafada 10 nəfər bu restoranda dönərdən ZƏHƏRLƏNİB – TƏFƏRRÜAT

239258

Xəbər verildiyi kimi Ağstafada üçü uşaq olmaqla 10 nəfər qidadan zəhərlənib. Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

Bizim.Media-nın yerli bürosu hadisənin təfərrüatını öyrənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada 8 nəfər dönərdən ZƏHƏRLƏNDİ


M.T.Məmmədov adına Ağstafa rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, Ağstafada dönərdən zəhərlənən 10 nəfərə ilkin tibbi yardım göstərilib və müalicələrini ambulator davam etdirmək üçün evlərinə buraxılıblar.

Araşdırmamıza görə qida zəhərlənməsi şəhərin mərkəzində, xəstəxananın yaxınlığında yerləşən "Dönər kabab" ailəvi restoranda baş verib.

Şahidlərin sözlərinə görə 17: 05-dən 21:00- a kimi müxtəlif vaxtlarda restorana gələn və yemək yeyən müştərilər özlərini piss hiss etdiklərindən xəstəxanaya müraciət etməli olublar. Müştərilərin əksəriyyəti dönər yediklərini, bəziləri isə başqa yemək yediklərini bildiriblər. 

Zəhərlənmə baş verən restoranla əlaqə yaratmaq mümkün olmayıb. 
 

Faktla bağlı Ağstafa rayon prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin reginal bölməsinin əməkdaşarı araşdırmalar aparıb.


Həmçinin zəhərlənmə baş verən restoranda müxtəlif qida məhsullarından nümunələr götürüblər. 

10 nəfərin hansı qidadan zəhərləndikləri isə onların apardıqları araşdırmalar nəticəsində müəyyən olunacaq.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin