Gəncədə kişi özünü şüşə parçası ilə VURDU

Hazırda oxunan: Gəncədə kişi özünü şüşə parçası ilə VURDU

239251

Gəncədə 34 yaşlı kişi özünə xəsarət yetirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü S.N. bədəninin qarın nahiyəsinin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.
 

O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin dəqiqləşdirmələrə görə, Namazov özünə şüşə parçası ilə xəsarət yetirib.


Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin