Evlilikdən əvvəl nikah müqaviləsi imzalamaq məcburi OLACAQ?

Hazırda oxunan: Evlilikdən əvvəl nikah müqaviləsi imzalamaq məcburi OLACAQ?

239250

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxışlarının birində bildirib ki, nigahdankənar doğulan uşaqların sayı 15%-dir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə nigahdankənar doğulan uşaqların sayı əvvəlki illərə nisbətən azalıb:
 

MÖVZU İLƏ BAĞLI:

Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ - Azərbaycanda buna niyə maraq YOXDUR?


“Əvvəllər 25-26 min nigahdankənar doğulan uşaqlar var idisə, indi bu statistika 15 mini göstərir. Ümumiyyətlə mən təklif edirəm ki, nigah müqaviləsi məcburi olsun. Nigahdankənar doğulan uşaqların olmasının bir səbəbi elə məhz yaxın qohumların bir-birinə güvənib qanunsuz bir yerdə yaşamasıdır. Onlar yaxın qohumluq münasibətlərindən istifadə edib nigah müqaviləsi bağlamırlar. Ancaq, bu heç bir halda doğru deyil” - deyə sosioloq bildirib.

Üzeyir Şəfiyev onu da diqqətə çatdırıb ki, nigah müqaviləsinin bağlanmaması gələcəkdə ciddi çətinliklərə yol aça bilər:
 

“Tərəflər öz məsuliyyətlərini başa düşməlidir. Nigahdankənar prosesdə artıq iki tərəf münasibətə son qoyanda öz öhtəliklərini bilmir. Burda istər əmlak bölgüsündə, istərsə də valideyn hüququ zamanı problemlər yaranır”.


Sosioloqun fikrlərindən belə nəticəyə gəlmək olar ki, qohum evliliyinin qadağan olunması nigahdankənar uşaqların sayını artıra bilər.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin