Goranboyda 9-cu sinif şagirdi necə qaçırılıb? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Goranboyda 9-cu sinif şagirdi necə qaçırılıb? – Rəsmi AÇIQLAMA

239238

Goranboyda itkin düşdüyü bildirilən 2 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi 2010-cu il təvəllüdlü Z. B.-nı dərs vaxtı qaçırıldığı məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi rəsmi açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 9-cu sinif şagirdi dərs vaxtı QAÇIRILDI


Qeyd olunub ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib.

4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib. Aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb. 

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin