Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində üç avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator maşınları toqquşub.
Hadisə zamanı “Niva”nın sürücüsü Zaqatala rayonu Sabunçu kənd sakini 65 yaşlı Şəmsəddin Yunusov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qəza nəticəsində həmçinin Zaqatala sakinləri 38 yaşlı Şəhla Məmmədova, azyaşlılar Murad və Məhəmməd Əliyevlər, 29 yaşlı Zümrüd Əhmədova, 29 yaşlı Şükür Allahverdiyev, 45 yaşlı Elşən Süleymanov və 47 yaşlı Səbuhi Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu