Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Saray körpüsü İSTİFADƏYƏ HAZIRDIR – VİDEO

Hazırda oxunan: Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Saray körpüsü İSTİFADƏYƏ HAZIRDIR – VİDEO

239165

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

Bizim.Media xəbər verir ki, artıq körpüdə asflatlama işləri yekunlaşıb.

Eyni zamanda, körpününün üzərində müvafiq yol nişanları quraşdırılıb, zolaqlar çəkilib.
 

MÖVZU İLƏ BAĞLI:

Saray körpüsü ilə bağlı son durum: Hansı işlər görülür? - FOTO/VİDEO


Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Saray körpüsünün yaxın günlərdə istifadəyə verilməsi gözlənilir.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb və yeni körpünün inşasına start verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin