Apteklərdə dərmanların qiymət fərqinə SON – Bu tarixdə...

Hazırda oxunan: Apteklərdə dərmanların qiymət fərqinə SON – Bu tarixdə...

239156

Azərbaycanda bəzi apteklərdə ey ni dərmanlar fərqli qiymətlərə satılır. Bu dərmanların tərkibində və göstəricilərində fərq olmasa da, qiymətləri 10-15 manat arasında dəyişir. Bu səbəbdən vətəndaşlar bir neçə aptekə üz tutmağa və dərmanı daha ucuz olan aptekdən almağa məcbur olur.
 

MÖVZU İLƏ BAĞLI:

Apteklərdə ən çox satılan dərmanlar – ARAŞDIRMA


Maraqlıdır, bütün dərmanların qiyməti Tarif Şurasının qərarı ilə tənzimləndiyi halda, niyə bəzi dərmanlar bir aptekdə baha, digərində ucuzdur?

Bizim.Media-ya mövzu ilə bağlı danışan farmokoloq Aydın Əliyev bildirib ki, bu kimi hallarda vətəndaşın hüququ var ki, həmin dərmanla bağlı sənədi tələb etsin: “Hər bir vətəndaş aldığı dərmanın sənədini yoxlaya bilər. Tələb edə bilər ki, Tarif Şurası bu dərmanı bu qiymətə satmağa icazə verib, bəs, sizdə niyə bahadır?! Əlbəttə, bu cür nöqsanlar, qanunsuzluqlar var. Amma onu da dəqiqləşdirmək lazımdır ki, bu dərman hansı firmanın istehsalıdır. Çünki bəzən dərmanı istehsal edən şirkətin müasir texnologiyalardan daha çox istifadə etməsi, beynəlxalq sertifikatlara malik olması və istehsal edilən dərmanın maya dəyərinin yüksək olması, onun xaricdən idxalı da qiymətə təsir edir”.

Mütəxəssis həkim onu da deyib ki, E-Resept sistemi tam tətbiq olunarsa, bu cür hallar baş verməyəcək:

“Artıq elektron resept dövrü başlayır. Burda reseptlərdə yazılan dərmanlar, onların satışı rəqəmsallaşacaq və daha şəffaf olacaq”.

Rəna Cumaqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin