Vəkil Ceyhun Yusifovun şikayəti əsasında 6 aylıq həbsə məhkum edilən həmkarı Adəm Məmmədov narazıdır.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, A.Məmmədov Nərimanov Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Onunla birgə islah işləri cəzasına məhkum edilmiş qardaşı Xəyyam Məmmədov da cəza ilə razılaşmır.
Təhqir və böhtan cinayətlərində təqsirli bilinən qardaşların ikisi də bəraət istəyir.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Adəm Məmmədov qardaşı ilə birgə rəhbərlik etdiyi saytda vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:33 / 13.03.2025
Adəm Məmmədovla qardaşı apellyasiya şikayəti verdi
Hazırda oxunan: Adəm Məmmədovla qardaşı apellyasiya şikayəti verdi
Hazırda oxunan: Adəm Məmmədovla qardaşı apellyasiya şikayəti verdi
239153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.